ADU-da ilk Latın Amerikası Film Festivalı çərçivəsində film nümayiş olunub (FOTO)


Digərləri 18 Apr 2018 11:15:00 218 0

ADU-da ilk Latın Amerikası Film Festivalı çərçivəsində film nümayiş olunub (FOTO)

Azərbaycan Dillər Universitetində (ADU) universitetin İspan dili mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda təşkil olunan ilk Latın Amerikası film festivalı çərçivəsində Kosta Rika istehsalı olan “Qayıdış” filmi nümayiş olunub.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) universitetin İspan dili mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda təşkil olunan ilk Latın Amerikası film festivalı çərçivəsində Kosta Rika istehsalı olan “Qayıdış” filmi nümayiş olunub. ADU-dan Trend-ə verilən məlumata görə, film nümayişindən öncə çıxış edən universitet rektorunun məsləhətçisi Anar Osmanlı və Kosta-Rikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xayro Fransisko Lopez Volanyos iki ölkə arasındakı əlaqələrdən danışıb və film festivalı haqqında fikirlərini söyləyiblər.