Toya gedirdilər, maşın aşdı:


Dünya 18 Apr 2018 10:18:00 277 0

Toya gedirdilər, maşın aşdı:

Hindistanın mərkəzi Madxya-Pradeş ştatında yük maşınının körpüdən aşması nəticəsində 20 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, insident ötən gecə Bxopal şəhərinin 570-ci kilometrliyində baş verib.

Ölənlər və yaralananlar kəndə toya gedirlərmiş. İlkin ehtimala görə, sürücü körpü üzərinə çıxarkən idarəetməni itirərək dəmir məhəccərə dəyib və körpüdən aşıb. 15 nəfər yerindəcə dünyasını dəyişib.