Bağbanın bilməli olduğu vacib şərtlərdən biri FOTO


Digərləri 18 Apr 2018 08:51:00 295 0

Bağbanın bilməli olduğu vacib şərtlərdən biri  FOTO

Yazın gəlişi, havaların gündən-günə istilənməsi bütün təbiəti oyatdığı üçün bağlarda, baxçalarda tumurcuqlayan, çiçəkləyən və yarpaqlayan meyvə ağacları özlərinə intensiv qulluq tələb edirlər. Təbii ki, mövsümün sonunda bağından bol məhsul toplamaq istəyən kəndli min-bir zəhmətdən sonra nəinki istədiyi qədər məhsulu yığa bilmir, hətta çox vaxtı ağacının quruduğunu görür.

Son.az bildirir ki, ağaclara düzgün qulluq üçün yaz vaxtı ilkin olaraq gövdə ətrafının bellənməsinin vacib olduğunu deyən Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının professoru, kənd təsərrüfatı elmləri doktoru Zaur Həsənov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində həm də bu işin düzgün icrasını təcrübi olaraq izah edib.

Zaur Həsənov deyir ki, yaz vaxtı kökün normal tənəffüs və sualma qabiliyyətini artırmaq üçün ilk növbədə mütləq ağacın gövdə ətrafı bellənməli və torpaq yumşaldılmalıdr.


Xəbərə aid fotolar