Ayaqlarda ağrıların səbəbləri və ən düzgün müalicəsi


Digərləri 17 Apr 2018 23:20:00 290 0

Ayaqlarda ağrıların səbəbləri və ən düzgün müalicəsi

Ayaqlarda ağrılar aşağı ətrafların sümük -dayaq sisteminin xəstəlikləri, daxili xəstəliklər və autoimmun səbəblərdən ola bilər. Ayaqlarda olan arterial və venoz çatışmazlıqdan da ayaqlar ağrıyır.  Diabet xəstələrində isə diabetik neyropatiya inkişaf edir ki, bu zaman sinirlər belə zədələnir.

Ayaqlarda olan ağrıların ilk simptomu ayaqlarda olan yorğunluq, dərinin quruması, pəncədə yanğı, dabanda çatlardır. Təəssüf ki, insanlarımız bu ilkin simptomlara önəm verməyib, yorğunluqdandır deyib keçir və bir neçə ay sonra artıq ciddi ağrılarla üz-üzə qalır.

Son.az medicina.az-a istinadən bildirir ki, terapevt Arzu Musayeva ayaq ağrılarının müalicəsi ilə bağlı məsləhətlərini verdi.