Həkimlərin məsləhətinə qulaq asmadı və sonu faciəli oldu


Digərləri 17 Apr 2018 22:41:00 376 0

Həkimlərin məsləhətinə qulaq asmadı və sonu faciəli oldu

Altı aylıq hamilə qadın xəstəxanada dünyasını dəyişib

Bu gün Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə qadın dünyasını dəyişib. Xaçmaz rayonunun Yeni Həyat kənd sakini, 28 yaşlı Rəqsanə Səfərovanın vəziyyəti ağırlaşıb və o, Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, rayon xəstəxanasından bölgə müxbirinə verilən məlumata görə, R.Səfərovaya vaxtilə hamilə qalmağın səhhəti üçün böyük təhlükə olduğu bildirilsə də, o, bu xəbərdarlığa məhəl qoymayıb və hamilə qalıb. Mərhumun ölüm səbəbinin beynində damar genişlənməsi olduğu bildirilib.

Onuda qeyd edək ki, Səfərova altı aylıq hamilə olub və bu onun ilk hamiləliyi imiş.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.