Ölkə ərazisində 14 stansiya quraşdırılacaq VİDEO


Digərləri 17 Apr 2018 21:14:00 314 0

Ölkə ərazisində 14 stansiya quraşdırılacaq  VİDEO

Ölkədə ilk dəfə olaraq yerin dərinlik quruluşu daha dəqiq öyrəniləcək. Nəticədə də daha dəqiq geoloji xəritə hazırlanacaq. Bu, seysmotomoqrafiya işləri üçün yeni quraşdırılan stansiyalar sayəsində mümkün olacaq. Işlərə şimal bölgəsindən başlanılıb və ölkə üzrə davam etdirilir.

Ölkədə seysmotomoqrafiya işləri üçün yeni stansiyalar quraşdırılır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ötən ilin may ayında Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Amerikanın bir neçə tanınmış universitetinin alimləri arasında razılaşma əldə edilib və Azərbaycanda seysmoloji tomoqrafiya aparmaq üçün stansiyaların quraşdırılmasına başlanılıb. "Qafqaz kəsilişi" adlandırılan layihə 4 il müddətinə həyata keçiriləcək və ölkədə ilk dəfə olaraq yerin dərinlik qruluşu daha dəqiq öyrəniləcək. Nəticədə də daha dəqiq geoloji xəritə hazırlanacaq. Stansiyalar ən cüzi zəlzələ təkanlarını da qeydə alır.

Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, artıq 4 stansiya quraşdırılıb.


Xəbərə aid video