Mikayıl Cabbarovdan sahibkarlara


Digərləri 17 Apr 2018 21:17:00 270 0

Mikayıl Cabbarovdan sahibkarlara

Vergilər Nazirliyi sahibkarlara dəstək mahiyyətli addım atacaq. Nazir Mikayıl Cabbarov mikro və kiçik sahibkarların vergi yükünün azaldılacağını, vicdanlı vergi ödəyicilərinə isə bir sıra güzəştlərin tətbiq olunacağını açıqlayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, mikro və kiçik sahibkarların vergi yükü azaldılacaq. Bu açıqlama ilə vergilər naziri Mikayıl Cabbarov çıxış edib. Nazir bu addımın həmin qəbildən olan sahibkarların inkişafına dəstək olmaq üçün atıldığını vurğulayıb.

Nazir vicdanlı vergi ödəyicisi olan sahibkarlara da fərqli yanaşmanın olacağını və bu qəbildən olan sahibkarlara bir sıra güzəştlərin edilə biləcəyini qeyd edib. Mikayıl Cabbarov bu yanaşmanın vergidən yayınan digər sahibkarları da şəffaf fəaliyyət göstərməyə təşviq edəcəyinə diqqət çəkib.


Xəbərə aid video