Bakının elit bərbərxanalarında saç kəsimi neçəyədir?


Digərləri 17 Apr 2018 21:19:00 311 0

Bakının elit bərbərxanalarında saç kəsimi neçəyədir?

Bakıda elə bərbərxanalar var ki, burada bir nəfərin saçını kəsdirməsi və üzünü təraş etdirməsi 40 manatdan baha başa gəlir. Təkcə saç kəsimi isə 15-25 manatadır. Qiymətlərin adi bərbərxanalarla müqayisədə bir neçə dəfə baha olması sual yaradır. Burada təklif olunan xidmətlərin üstünlüyü varmı?

Bakıda saçların ucuz kəsildiyi yerlərlə yanaşı, elit bərbərxanalar da var. Əsasən şəhərin mərkəzi hissələrində yerləşən bu studiolarda 1 nəfərin saçı ilə bərabər saqqal təraşı və saqqala forma vermə 40 manatdan baha başa gəlir.

Elit kişi salonlarında təkcə saç kəsimi ən azı 15 manatdan başlayır, 25 və 30 manata qədər davam edir. Qiymətlərin adi bərbərxanalarla müqayisədə bir neçə dəfə baha olması sual yaradır. Burada təklif olunan xidmətlərin üstünlüyü varmı?

Qiymətləri baha edən səbəblərdən biri də belə yerlərdə ayrıca olaraq üzə qulluq prosedurlarının da aparılmasıdır. Bu xidmətin qiyməti 20-30 manat arasında dəyişir.


Xəbərə aid video