Manat ucuzlaşa bilərmi?


Digərləri 17 Apr 2018 21:01:00 256 0

Manat ucuzlaşa bilərmi?

Tanınmış ekspertdən manatın məzənnəsi ilə bağlı ən yaxşı təhlil

Hazırda manatın məzənnəsinə təsir edən bir neçə müsbət və mənfi amillər var.

Bunu Son.az-a açıqlamasında tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Yaranmış vəziyyəti təhlil edən iqtisadçı milli valyutamızın məzənnəsinə mənfi təsirləri belə izah edib: "2018-ci ilin 1-ci rübünün yekunları göstərir ki, Azərbaycanda xarici valyutalara tələb kəskin artıb, Xüsusən, mart ayında fevral ayına nisbətən xarici valyutanın satışı təxminən 78 faiz çoxalıb. Ekspert manatın taleyindən danışdı: “Dollara tələb kəskin artıb” Bunun bir səbəbi dövlət büdcəsindən xərclərin artması ilə bağlıdır. Lakin onu da nəzərə almaq lazımdır ki, 2018-ci ilin büdcəsinin həcmi ötənilki ilə müqayisədə 3 milyard manat çoxdur. Ona görə də iqtisadiyyata, real sektora daha çox manatın daxil olması müşahidə edilib ki, bu da dollara tələbin artmasına gətirib çıxarıb. Çünki büdcə xərcləmələrinin bir qismi idxal tələb edən məhsullarla bağlıdır. Məsələn, pilot layihələr çərçivəsində Bakıda yeni binaların inşa edilməsi. Nəticədə bu amil dollara tələbin artmasına təsir edib. Çünki inşa edilən yeni yaşayış binalarında istifadə olunan tikinti materiallarının böyük hissəsi xaricdən gətirilir.    Bundan əlavə, son vaxtlar sənayeləşmə ilə əlaqədar texnologiyaların idxalı da artıb ki, bu da dollara tələbi artıran faktorlardandır.    Eyni zamanda, dövlət xərclərində də artımlar var. Çünki Mərkəzi Bankın rəsmi açıqlamasına görə, pul bazasında 30 faizdən çox artım var. Bu da bütövlükdə manatın payının artmasına və nəticədə xarici valyutaya tələbin artmasına gətirib çıxarıb.    Bu faktorlar sırasında dövlət qurumları ilə yanaşı vətəndaşların istifadə etdiyi istehlak idxal məhsullarının da artmasını əlavə etmək lazımdır".

Mərkəzin rəhbəri hesab edir ki, digər məqam qonşu ölkələrdə, xüsusən, Azərbaycanın xarici ticarət dövriyyəsində böyük paya malik olan Rusiya və Türkiyədə milli valyutaların dəyərsizləşməsi ilə bağlıdır: Azərbaycan manatı dollar və avro qarşısında ucuzlaşa bilər? "Bunlar Azərbaycanın qeyri-neft məshullarının ixrac olunduğu ölkələr siyahısında aparıcı yerləri tuturlar. Ümumilikdə isə, ölkəmizin ixracatının təxminən 60 faizə yaxını məhz Rusiya və Türkiyənin payına düşür. Ona görə də bu ölkələrdə milli valyutaların məzənnəsinin aşağı düşməsi Azərbaycanda da xarici valyutaya tələbin artmasına ciddi təsir edib.    Nəzərə almaq lazımdır ki, Azərbaycanın qeyri-neft ixracatının 36 faizi, aqrar məhsullarının isə 90 faizi Rusiyanın payına düşür. Əgər Rusiyada rublu dəyərsizləşməkdə davam edərsə, Azərbaycanda manatın mövcud məzənnəsi qorunub saxlanacağı halda məhsullarımızın bu ölkəyə ixracında çətinliklər yaranacaq. Çünki Azərbaycan məhsullarının qiyməti manat və dollar ifadəsində dəyişməsə də, rubl ifadəsində bahalaşacaq. Bu da təbii olaraq Rusiya bazarında Azərbaycanın qeyri-neft, o cümlədən aqrar məhsullarının rəqabət imkanlarını xeyli məhdudlaşdıracaq. Bu məqam isə manata psixoloji təsirin yaranmasına gətirib çıxarır.

Digər tərəfdən, rublun məzənnəsinin düşməsi, manatın sabit qalması Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin, remitensin həcminə də təsir edəcək. Belə ki, Rusiyada yaşayan azərbaycanlılar tərəfindən ölkəmizə il ərzində 2 milyard dollar ekvivalentində valyuta daxil olur. Lakin rublun məzənnəsi düşməkdə davam edərsə, azərbaycanlıların Rusiyadakı gəlirləri azalacaq. Bunun məntiqi nəticəsi olaraq remitensin də həcmi azala bilər. Bu da manatın ziyanına işləyən məqamdır".