Xatunun Rusiya toylarına yolu açıldı


Şou-biznes 17 Apr 2018 18:30:00 356 0

Xatunun Rusiya toylarına yolu açıldı

Müğənni Xatun Əliyeva Rusiyada toylara getməyə başlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ötən gün Sankt-Peterburqa yola düşüb. O, müğənni Rüfət Axundovla birlikdə orada toy məclisində iştirak edəcəyini bildirib.

Bu, Xatunun uzun müddət sonra Rusiyada getdiyi ilk toydur. Sənətçi bir müdddət əvvəl müğənni Rəqsanə İsmayılovanın onu Rusiya toylarına buraxmadığını demişdi.

Rəqsanə də açıqlamasında Xatunu hədələyərək "Moskva mənlikdir, bir zəngimlə bura gəlməyinə qadağa qoyaram, dostlarım var" sözlərini söyləmişdi.