Ağstafada otlaq sahəsində 2 top mərmisi tapılıb (FOTO)


Digərləri 17 Apr 2018 18:36:00 254 0

Ağstafada otlaq sahəsində 2 top mərmisi tapılıb (FOTO)

Otlaq sahəsinə baxış keçirilib, 2 ədəd top mərmisi (1 ədəd 100 mm-lik OF-412 və 1 ədəd 122 mm-lik OF-56-1) aşkar olunub

Bakı. Ağstafada otlaq sahəsində 2 top mərmisi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 2018-ci il 17 aprel tarixində saat 13:46-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağstafa rayonu, Tatlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.