Qubada 14 gün komada qalan hamilə qadın öldü


Digərləri 17 Apr 2018 17:17:00 253 0

Qubada 14 gün komada qalan hamilə qadın öldü

Qubada hamilə qadın ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Quba Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində baş verib.

Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əlyar Sərvərov APA-ya bildirib ki, Xaçmaz rayon sakini, 28 yaşlı Rəqsanə Səfərova 14 gün öncə xəstəxanaya müraciət edib. Müraciət edən zaman qadının bətnində 10 həftəlik ölü döl olub. Rəqsanə Səfərova xəstəxanada 14  gün komada qalıb.