Əli Əhmədov: Andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefa verəcək


Digərləri 17 Apr 2018 17:07:00 299 0

Əli Əhmədov: Andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefa verəcək

Konstitusiyanın tələblərinə görə, Prezidenin andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verir.

Bakı. Konstitusiyanın tələblərinə görə, Prezidenin andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verir. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib. Ondan sonra Nazirlər Kabinetinin formalaşdırılması Konstitusiya üzrə Prezidentin üzərinə qoyulmuş vəzifədir. Prezident öz istəyinə və görüşlərinə uyğun şəkildə bu vəzifəni icra edəcək və Konstitusiyaya uyğun şəkildə Azərbaycan Respublikasının Nazirlər Kabinetini formalaşdıracaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin