"Tunarla nişanlananda 18 yaşım var idi"


Şou-biznes 17 Apr 2018 16:50:00 318 0

"Tunarla nişanlananda 18 yaşım var idi"

Aparıcı Şəhla Vakkas keçmiş nişanlısı, müğənni Tunar Rəhmanoğludan danışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Çiçək ləqəbli aparıcı "Hər şey daxil" verilişində deyib ki, son günlər adının Tunarla yanaşı yazılmasına əsəbiləşir:

"Tunarla ayrılmağımızdan 17 il keçib. Biz Tunarla nişanlı olanda mənim 18 yaşım var idi. 7 aydan artıq nişanlı qalmadıq, ayrıldıq. Günel (bacısı, müğənni Günel Zeynalova - red.)  verilişimə gələndə tanış olmuşduq. Tunarın mənə olan sevgisinə "Məcnun sevgisi" deyilirdi. Ailə həyatı qurdum, 9 yaşında oğlum var. Tunarın indiyənə qədər evlənməməsi ən çox mənim anamı üzürdü.