Bakıda gölün ortasından yol çəkilir FOTO


Digərləri 17 Apr 2018 15:31:00 301 0

Bakıda gölün ortasından yol çəkilir  FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Son.az-a verilən məlumata görə, Bakının Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yolun inşasının başlanılıb. Sözügedən yol Böyük Şor gölünün üzərindən çəkilir.

Belə ki, 2,7 km uzunluğunda olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğundakı bəndin üzərindən keçir. Yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda sözügedən ərazidə torpaq işləri aparılır, yol profilə salınır, 23,5 metr enində yol yatağının tikintisi işləri aparılır.

Layihə çərçivəsində yeni yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Hər bir zolağın eni 3,75 metr olmaqla hərəkət hissəsinin eni 15 m təşkil edəcək. İstiqamətləri ayırmaq məqsədi ilə 1 m enində yol ayrıcının inşası da nəzərdə tutulub. Hər bir istiqamət üzrə piyada səkilərinin və çiyinlərin eni 3 m olacaq.


Xəbərə aid fotolar