Ekspert: "Bu həftə dünya maliyyə bazarı üçün sakit olmayacaq"


Dünya 17 Apr 2018 15:04:00 230 0

Ekspert: "Bu həftə dünya maliyyə bazarı üçün sakit olmayacaq"

Bu həftə dünya maliyyə bazarı üçün sakit olmayacaq.

Son.az xəbər verir ki, bunu Trend-ə "Saxo Bank" investisiya bankının baş valyuta strateqi Con Hardi deyib.

O bildirib ki, ötən həftə sonunun əsas hadisəsi Qərb koalisiyasının Suriyaya hava zərbələri endirməsi olub:

"Amma ehtimal olunur ki, bu hadisə birdəfəlik xarakter daşıyıb. Suriya hökumətinə qarşı kampaniyanın davam etməsi ilə bağlı planlar açıqlanmayıb. Bununla belə, Rusiya ilə Qərbin bəyanatları sakitləşmir, Çin isə bu məsələdə Rusiyanı dəstəklədiyini bildirib. Bu isə gərginlik riskini artırır. Bu gün biz ABŞ-ın Suriya ilə işləyən Rusiya şirkətlərinə qarşı növbəti sanksiyalarını gözləyirik, rubl isə hazırda əlverişsiz mövqedə yer alır. Bu problem indi və ya yaxın gələcəkdə həll olunmayacaq".