"Tramp Suriyadakı ABŞ qoşunlarını ərəb ordusu ilə əvəz etmək niyyətindədir" KİV


Dünya 17 Apr 2018 13:32:00 297 0

"Tramp Suriyadakı ABŞ qoşunlarını ərəb ordusu ilə əvəz etmək niyyətindədir"  KİV

ABŞ Prezidenti Donald Tramp Administrasiyası Suriyanın şimal-şərqindəki vəziyyəti sabitləşdirmək üçün ölkədəki ABŞ hərbi kontingentinin əvəzinə ərəb ölkələrindən hərbçilər çağırmaq niyyətindədir.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" ABŞ rəsmilərinə istinadən yazıb.

Nəşrin mənbələrinin verdiyi məlumata görə, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bu yaxınlarda Misirin planın həyata keçirilməsinə yardım edib-etməmək istəyini öyrənmək məqsədi ilə Misirin Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini icra edən general Abbas Kamelə telefonla zəng edib.