Rəhbər vəzifələrə ilk dəfə qəbul olmuş dövlət qulluqçuları üçün seminar keçirilib


Digərləri 17 Apr 2018 12:38:00 181 0

Rəhbər vəzifələrə ilk dəfə qəbul olmuş dövlət qulluqçuları üçün seminar keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) və Dövlət İdarəçiliyi üzrə Finlandiya İnstitutunun (HAUS) birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində müasir liderlik və potensial quruculuğuna dəstək (PADOS II) layihəsi” çərçivəsində rəhbər vəzifələrə ilk dəfə qəbul olmuş dövlət qulluqçuları üçün seminar keçirilib.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) və Dövlət İdarəçiliyi üzrə Finlandiya İnstitutunun (HAUS) birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində müasir liderlik və potensial quruculuğuna dəstək (PADOS II) layihəsi” çərçivəsində rəhbər vəzifələrə ilk dəfə qəbul olmuş dövlət qulluqçuları üçün seminar keçirilib. Trend-in məlumatına görə, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2018-ci ilin I rübündə dövlət qulluğuna qəbul sahəsində görülmüş işlər, imtahanlar, statistik göstəricilər məlumatlar barədə məlumat verib. Finlandiya Dövlət İdarəçiliyi İnstitutunun Baş direktoru Anneli Temmes bildirib ki, institut 1971-ci ildə dövlət qulluqçuları üçün dövlətə məxsus mərkəzləşmiş təlim agentliyi kimi yaradılıb.