DGK: Qida əlavəsinin qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb


Digərləri 17 Apr 2018 12:19:54 205 0

DGK: Qida əlavəsinin qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qida əlavəsinin gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısını alıblar.

Bakı. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qida əlavəsinin gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu fakt Urumçi-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin baqajda invoysda göstərilməyən və gömrük orqanına bəyan edilməyən 18.322 ədəd qida əlavəsi aşkar edilib.