DİM sədri: "Rəhbər vəzifələrə qəbulla bağlı imtahanlarda çox az namizəd iştirak edib"


Digərləri 17 Apr 2018 11:43:00 276 0

DİM sədri: "Rəhbər vəzifələrə qəbulla bağlı imtahanlarda çox az namizəd iştirak edib"

Bu il ölkədə keçirilən dövlət qulluğu imtahanlarında kifayət qədər namizəd, yəni 3000-dən çox insan iştirak edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şərq Tərəfdaşlığı ölkələrində dövlət sektorunda müasir liderlik və potensial quruculuğu layihəsinə (PADAS II) həsr olunan seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, A inzibati rəhbər vəzifələri üçün olan imtahanlarda çox az insan iştirak edib.

Bunu namizədlərdə liderlik keyfiyyətinin az olması ilə izah edən M.Abbaszadə əlavə edib ki, A növü üzrə imtahanda iştirak üçün 127 namizəd qeydiyyatdan keçmişdi. Onlardan 125-i imtahanda iştirak edib və yalnız 41 nəfər uğur qazanıb. Hazırda bu vəzifələr üzrə dövlət qulluğunda kifayət qədər vakansiya var.