Azərbaycanda tomoqrafiya işləri üçün daha 14 stansiya quraşdırılacaq


Digərləri 17 Apr 2018 11:20:00 235 0

Azərbaycanda tomoqrafiya işləri üçün daha 14 stansiya quraşdırılacaq

Azərbaycan və Amerika seysmoloqlarının birgə işi olan “Qafqaz kəsilişi” layihəsi çərçivəsində işlər davam etdirilir.

Bakı. Azərbaycan və Amerika seysmoloqlarının birgə işi olan “Qafqaz kəsilişi” layihəsi çərçivəsində işlər davam etdirilir. AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə,Bakıya səfər edən amerikalı seysmoloqlar - Missuri Universitetinin professoru Erik Sandvol, Miçiqan Dövlət Universitetinin geoloji elmlər şöbəsinin seysmoloji laboratoriyasının baş mühəndisi Daniel Burk, Missuri Universitetinin elmi işçisi Utku Koçum və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Episentral” şöbəsinin müdiri Hidayət Tahirov, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərovun iştirakı ilə Hacıqabul, Neftçala, Göyçay və Qusar rayonlarından əvvəlcədən yerləşdirilmiş 4 stansiyada texniki yenilənmə işləri aparılıb. Həmçinin həmin stansiyaların məlumatları emal üçün toplanıb. Bununla yanaşı bu ilin avqust ayında İsmayıllı, Quba, və Qusar rayonlarında keçən profil üzrə yerləşdiriləcək daha 14 stansiyanın yerləri müəyyən edilib.