Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçiriləcək


Digərləri 17 Apr 2018 11:02:00 275 0

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçiriləcək

Aprelin 21-də Heydər Əliyev Mərkəzinin parkında "Oxu Günü" keçiriləcək.

Son.az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, "Oxu Günü" uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunur.

"Gəlin birgə oxuyaq!" şüarı altında keçirilən tədbirdə paytaxtın 40 ümumtəhsil məktəb və liseyinin şagirdləri müxtəlif təqdimatlarla çıxış edəcəklər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəciklər, pantomim tamaşalar və s. təqdim edəcəklər.