Rəqabət Avropa İttifaqının qaz bazarının inkişafının aspektlərindən biri olmalıdır


Digərləri 17 Apr 2018 08:40:00 327 0

Rəqabət Avropa İttifaqının qaz bazarının inkişafının aspektlərindən biri olmalıdır

Avropa İttifaqının qaz bazarının inkişafının aspektlərindən biri rəqabət olmalıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şevçoviç "Tvitter" sosial şəbəkəsində bildirib.

"Avropa qaz bazarınıngələcəyi: təhlükəzislik, infrastruktur, rəqabət", deyə vitse-prezidenti bildirib.

Brüsseldə 4-cü Avropa İttifaqı (Aİ) Enerji Sammitində Avropa Komissiyasının iqlim dəyişikliyi və enerji komissarı Miqel Ariyes Kanyete bildirib ki, Cənub Qaz Dəhlizi Aİ-nin şaxələndirmə səylərində vacib layihə rolunu oynayır.

Hal-hazırda Aİ müəyyən dərəcədə qaz idxalından asılıdır, özü də bu asılılıq yalnız artacaq: hazırki 70%-dən 2040-cı il üçün 83%-ə çataçaq.