"Xiaomi" "GoPro"nu ala bilər


Digərləri 17 Apr 2018 08:31:00 242 0

"Xiaomi" "GoPro"nu ala bilər

Çinin "Xiaomi" şirkəti action-kameraların istehsalı ilə məşğul olan "GoPro"-nu ala bilər.

Son.az lent.az-a istinadən xəbər verir ki, buna səbəb "GoPro"-nun son illərdə 10 mlrd. dollardan 768 mln. dollara qədər ucuzlaşmasıdır.

Qeyd edək ki, "GoPro" şirkəti 2002-ci ildə Nik Vudman tərəfindən yaradılıb. O, ötən il şirkəti satmağa hazır olduğunu bildirib.