Tanzaniyada daşqınlar: azı 9 nəfər həlak olub


Dünya 17 Apr 2018 08:33:00 250 0

Tanzaniyada daşqınlar: azı 9 nəfər həlak olub

Tanzaniyanın Dar əs Salam şəhərində davam edən güclü yağışlar nəticəsində ən azı 9 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu şəhərin polis rəisi Lazaro Mambosasa bildirib.

Qeyd edək ki, yağışlar artıq 3 gün dayanmadan davam edir. Mambosasanın sözlərinə görə, ölənlərin arasında uşaqlar, qadınlar və kişilər var: "Yağış davam etdiyindən onları sayı arta bilər".