Samsung 100 milyard dollar dəyərində səhmləri səhvən paylayıb


Digərləri 17 Apr 2018 08:15:00 244 0

Samsung 100 milyard dollar dəyərində səhmləri səhvən paylayıb

Cənubi Koreyanın ən böyük broker şirkətlərindən biri Samsung Securities Co. eyni zamanda səhmdarları olan işçiləri ilə hesablamalarda səhvə yol verib. Bloomberg məlumat verir ki, dividendlərin ödənilməsi üçün onlar hər bir səhm üçün 1 min Koreya vonu (0,93 dollar) alacaqdılar, lakin səhv nəticəsində Samsung Securities-dən 1000 səhm alıblar.

Son.az banker.az-a istinadən bildirir ki, səhvən verilmiş və reallıqda mövcud olmayan 2,83 milyard səhmin ümumi dəyəri nəzəri olaraq 112,6 trilyon von (təxminən 105 milyard dollar) təşkil edir. Bloomberg qeyd edir ki, bu məbləğ şirkətin özünün bazar qiymətini 30 dəfədən də çox ötür. Cənubi Koreyanın Kütləvi İnformasiya Vasitələri səhvən verilən səhmləri "kabus" səhmlər adlandırıblar. Ümumilikdə şirkətin təxminən 2 min əməkdaşı bu cür səhmləri alıb.

Agentliyin məlumatına görə, səhmlərin mövcud olmaması faktı belə "kabus" qiymətli kağızları almış bəzi işçilərə onları satmağa mane olmayıb. Onun məlumatına görə, səhmləri Samsung Securities Co. şirkətinin 16 əməkdaşı satıb. WSJ-yə görə, "kabus" səhmlər təxminən 187 milyon dollara satılıb.

Şirkət tərəfindən buraxılan səhv 37 dəqiqədən sonra aşkar olunub və səhvən verilmiş səhmlər üzrə əməliyyatlar bloklanıb. Lakin "kabus" səhmlərin satışı haqqında məlumat bazara çatdığından, nəticədə şirkətin qiymətli kağızlarının qiyməti 6 dəqiqə ərzində, demək olar ki, 12% aşağı düşüb. Bloomberg qeyd edir ki, bu 2008-ci ilin qlobal iqtisadi böhranından sonra ən böyük eniş olub.