Azərbaycan Bolqarıstandakı beynəlxalq turizm sərgisində təmsil olunacaq


Dünya 17 Apr 2018 08:02:00 293 0

Azərbaycan Bolqarıstandakı beynəlxalq turizm sərgisində təmsil olunacaq

Aprelin 19-dan 21-dək Bolqarıstanın Veliko Tırnovo şəhərində "Mədəni Turizm" adlı XV Beynəlxalq Turizm sərgisikeçiriləcək.

Son.az "Report"a istinadən bildirir ki, sərgidə Azərbaycan da təmsil olunacaq.

Vasili Levski adına İdman və Mədəniyyət Sarayında təşkil olunacaq sərgidə ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti, mövcud turizm marşrutları, həyata keçirilən infrastruktur layihələr barədə ətraflı məlumat veriləcək. Ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılacaq. Sərgi çərçivəsində Bolqarıstanın turizm naziri Nikolina Angelkovanın iştirakı ilə mədəni turizmə həsr olunan "dəyirmi masa" da təşkil olunacaq.