Avtomobilinizin yanacaq sərfiyyatını azaltmaq üçün


Digərləri 17 Apr 2018 08:05:00 350 0

Avtomobilinizin yanacaq sərfiyyatını azaltmaq üçün

Bir çox insan ictimai nəqliyyatın rahat olmaması və istədiyi zaman istədiyi yerə getmək azadlığının mümkünsüzlüyü səbəbilə şəxsi avtomobilindən istifadə etmək istəyir. İqtisadi baxımdan ictimai nəqliyyatdan istifadə etmək səmərəli olsa da günlər ötdükcə şəxsi avtomobillərin sayı çoxalır. Amma şəxsi avtomobilə sahib olmaq cərimələrə, qulluğa və ən əsası yanacağa xeyli vəsait ayırmaq deməkdir. Bir çox sürücü ''Eyni məsafəni daha az yanacaq sərf edərək necə gedə bilərəm?'', sualına cavab tapmağa çalışır. 

Təkər təzyiqini nəzarətdə saxlayın

Son.az technote.az-a istinadən bildirir ki, təkər təzyiqini davamlı olaraq nəzarətdə saxlamaq əlavə yanacaq qənaəti deməkdir. Təkərlər əsasən hər ay 2 psi hava itirir. Təkərlərinizdəki hava təzyiqinin doğru olduğundan əmin olmaq təkcə təkərlərinizin ömrünü uzatmır, eyni zamanda yol ilə müqayisədə daha az fırlanma müqaviməti baş verdiyindən yanacaq məhsuldarlığını artırır. Hava çatışmazlığı səbəbilə təkəriniz deformasiyaya uğrasa yol ilə daha çox sürtünmə səbəbilə daha artıq yanacaq sərf edərsiniz. 

Yükünüzü azaldın

Avtomobilinizin sərnişinləri və baqajı ilə birlikdə sahib olduğu ümumi ağırlıq nə qədər yanacaq istifadə etməyinizdə vacib bir faktordur. Avtomobil ağırlaşsa hərəkət etmək üçün daha çox yanacağa ehtiyac duyulacaq. Buna əməl etmək xüsusilə şəhər tıxaclarında vacibdir. Bir çoxumuz avtomobilimizdə ehtiyacımız olmasa belə bəzi əşyalarımızı saxlayırıq. Avtomobildə hər 50 kq ağırlıq yanacaq sərfiyyatını 1-2% artırır. Bu səbəblə, ehtiyacınız olan əsas əşyaları saxlamağınız tövsiyyə olunur.

Konsidionerinizi lazım olanda istifadə edin və qazını tam doldurun