Narkoloji Dispanserdə müalicə olunan şəxs intihara cəhd edib


Digərləri 17 Apr 2018 08:10:00 355 0

Narkoloji Dispanserdə müalicə olunan şəxs intihara cəhd edib

Bakıda Narkoloji Dispanserdə müalicə olunan şəxs intihara cəhd edib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda yerləşən dispanserdə baş verib.

1968-ci il təvəllüdlü Mirzəliyev Bəbir Bəhmən oğlu dispanserdə fincanı sındıraraq, qolunu bir neçə yerdən kəsib. O, çoxlu qan itirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.