Lavrov: "Rusiyanı "yanlış" prezident seçdiyinə görə cəzalandırırlar"


Dünya 16 Apr 2018 23:57:00 295 0

Lavrov: "Rusiyanı "yanlış" prezident seçdiyinə görə cəzalandırırlar"

ABŞ rusiyalıları dövlət başçısını "yanlış" seçdiklərinə görə cəzalandırmaq istəyir.

Son.az APA-ya istinadən bildirir ki, bunu BBC-yə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

"Onlar deyirlər ki, guya sanksiyalar sadə rusiyalılara qarşı yox, yalnız siyasətçilər, hərbçilər və oliqarxlara qarşı tətbiq edilir. Bu yalandır. Onların arzusu, mən bunu görürəm, minlərlə, on minlərlə, yüz minlərlə rusiyalını təşvişə salmaqdır. Rusiyalıları dövlət başçısını "yanlış" seçdiklərinə görə  cəzalandırmaq istəyirlər", deyə S.Lavrov qeyd edib.