Yazda bu xəstəliklərə tutula bilərsiniz


Digərləri 16 Apr 2018 22:47:00 280 0

Yazda bu xəstəliklərə tutula bilərsiniz

Havalar isinən kimi özümüzü təbiət qoynuna atmaq və təbiətin, günəşin enerjisindən faydalanmaq istəyirik. Amma bu müsbət duyğulara rəğmən, bir keçid dövründə olduğu  kimi, yazdakı dəyişikliklərə də hazır olmalıyıq.

Son.az ailem.az-a istinadən Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Edvin Murrjanın bununla bağlı məsləhətlərini diqqətinizə çatdırır.

İnfeksiyalar

Qış aylarında başda qrip və soyuqdəymə olmaqla bir çox xəstəliyə məruz qalırıq. Yazın gəlişi ilə "qış qripindən qurtulduq" deyərkən, bu dəfə də havaların dəyişkənliyi immunitet sisteminin zəifləməsinə, nəticədə digər virusların yaratdığı yuxarı və aşağı tənəffüs yolu infeksiyalarına məruz qalırıq.

Qorunma yolları: İnfeksiyalardan qorunmaq üçün ilk olaraq sağlam və balanslı şəkildə qidalanmaq, xəstə şəxslərlə təmasda olmamaq lazımdır. İnfeksiyaların çoxu əl və ağız yolu ilə yoluxduğundan əllərinizi tez-tez sabunla yuyun. Olduğunuz otağın havasını tez-tez dəyişin. İdman və günəş şüalarından faydalanmaq xəstəliklərdən qorunmaq üçün önəmli ünsürlər olduğundan, ən azı həftədə 3 gün yarım saat piyada gəzin. İmmunitet sistemini ən çox gücləndirənlər C və D vitamini olduğu üçün, C vitamin qaynağı olaraq təzə meyvə və tərəvəzlər yeyin. Bədəninizdəki D vitaminini günəş şüaları ilə artırmağı unutmayın.

Yaz allergiyası: Rinit 

Yaz allergiyası həyat şəraitinə təsir edən bir xəstəlikdir. Qızdırma olmadan daim gözlərdə yanma, sulanma, qaşıntı kimi şikayətlər bahar allergiyasına işarədir. Bu şikayətlər uşaqların məktəb müvəffəqiyyətinə və ya digər insanların gün ərzində performansına təsir edir. Bu hal da yuxarı tənəffüs yollarının funksiyasına təsir etdiyindən allergiyaya meylli olanlar digərlərinə nisbətən daha tez-tez sinusit və qulaq infeksiyaları ilə qarşılaşır.

Qorunma yolları: Bu cür şəxslər üçün ağac və güllərin çox olduğu yerlərdən uzaq durmaq əhəmiyyətlidir. Evdə xalı, kilim kimi toz tutan əşyaları götürmək və tez-tez təmizləmək lazımdır. Müalicə olaraq allergiya dərmanlarından istifadə olunur və ya uyğun xəstələrdə peyvənd vurulur. Müalicəni axsatmasanız, bu, xəstəliyin astmaya çevrilməsinin qarşısını alar.

Astma