Elektrik mişarı ilə işləyərkən xəsarət alıb


Digərləri 16 Apr 2018 21:17:00 266 0

Elektrik mişarı ilə işləyərkən xəsarət alıb

Samux sakininin ayağını elektrik mişarı kəsib.

Son.az APA-ya istinadən bildirir ki, rayonun Sərkar kənd sakini 1965-ci il təvəllüdlü Həsənov Azad Yəhya oğlu elektrik mişarı ilə həyətdə iş görən zaman ehtiyatsızlıq nəticəsində ayağını kəsib.

O dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.