Komissar: "Cənub Qaz Dəhlizi Aİnin şaxələndirmə səylərində vacib layihə rolunu oynayır"


Digərləri 16 Apr 2018 18:55:00 326 0

Komissar: "Cənub Qaz Dəhlizi Aİnin şaxələndirmə səylərində vacib layihə rolunu oynayır"

Cənub Qaz Dəhlizi Aİ-nin şaxələndirmə səylərində vacib layihə rolunu oynayır.

Son.az bildirir ki, Trend-in məlumatına görə, bunu Brüssel şəhərində 4-cü Avropa İttifaqı (Aİ) Enerji Sammitində Avropa Komissiyasının iqlim dəyişikliyi və enerji komissarı Miqel Ariyes Kanyete deyib.

M.A.Kanyete çıxışında daha təmiz və davamlı enerjiyə keçidin zəruri olduğunu, bununla belə Aİ qonşuluğunda baş verən geosiyasi qeyri-müəyyənliklərin bu prosesi sürətləndirməli olduğunu bildirib. Bununla belə qeyd edilib ki, Aİ daxilində üzvi mənşəli yanacaq istehsalı və istehlakının azalması heç də həmin yanacağın idxalının azaldılması sürəti ilə eyni olmayacaqdır. Belə ki, 2016-cı ildə Aİ enerji istehlakının 72%-ni neft, qaz və kömür hesabına təmin edib. Həmin ildə istehlak olunan neftin 88%, təbii qazın isə 40% idxal hesabına ödənilib. İdxal olunan təbii qazın 42% Rusiya, 34% Norveç, 13% mayeləşdirilmiş təbii qaz (LNG) formasında, 11% Əlcəzair və Liviyadan təmin edilib.