Sınaq imtahanlarının sual kitabçaları və test tapşırıqları hazırlandı


Digərləri 16 Apr 2018 18:22:00 264 0

Sınaq imtahanlarının sual kitabçaları və test tapşırıqları hazırlandı

İmtahanda iştirak edənlər, həmçinin digər abituriyentlər, valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahı ilə tanış ola bilərlər.

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarını və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində>"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> "Sual kitabçaları" və ya "Test tapşırıqlarının izahı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

1 aprel 2018-ci ildə keçirilən sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını da (pdf formatında) elektron xidmətlər bölməsindən əldə edə bilərsiniz.