AZAL AzTA ilə birgə rəsmi tərəfdaşları ilə görüş keçirib VİDEO FOTO


Digərləri 16 Apr 2018 17:38:00 328 0

AZAL AzTA ilə birgə rəsmi tərəfdaşları ilə görüş keçirib  VİDEO  FOTO

Azərbaycanın milli aviadaşıyıcısı və Azərbaycan Turizm Assosiasiyası (AzTA)  AZAL aviaşirkətinin rəsmi tərəfdaşları və agentləri ilə birgə görüş keçirib.  

Görüş çərçivəsində "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişin aviaşirkətinin icraçı direktoru Eldar Hacıyev aviaşirkətin, həmçinin ilk milli loukoster "Buta Airways"in qaydalarında mühüm dəyişikliklər və yeniliklər barədə danışıb. Turizm şirkətləri və satış üzrə agentliklərin istək və təklifləri dinləyib.

Görüşdə, həmçinin Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.


Xəbərə aid fotolar