"Manatın dəyərdən düşməsi üçün fundamental əsas yoxdur"


Digərləri 16 Apr 2018 17:08:00 272 0

"Manatın dəyərdən düşməsi üçün fundamental əsas yoxdur"

Azərbaycanda manatın dəyərini itirməsi və xarici valyutaların məzənnəsinin artması üçün heç bir fundamental əsas yoxdur.

Son.az xəbər verir ki, maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli AZƏRTAC-a bildirib ki, son günlərdə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 13 faizdən 11 faizə, faiz dəhlizinin yuxarı həddinin 16 faizdən 14 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 8 faiz səviyyəsində saxlanılması bunu deməyə əsas verir.

Ekspert qeyd edib ki, artıq manatın məzənnəsi sabitləşib, inflyasiyanın səviyyəsi azalıb. "Əminlikdə demək olar ki, AMB yumsaq pul-kredit siyasəti çərçivəsində pul kütləsini artırmağa qərar verib. AMB-nin əlində ciddi məlumat bazası mövcuddur və Mərkəzi Bank manat üzərində təzyiq hiss etsəydi və ya inflyasiya təzyiqi müşahidə etsəydi uçot dərəcəsini aşağı salmazdı. MB-nin bu qərarı bazara manat üzərində və mal və xidmətlərin qiymətində ciddi dəyişiklik olmayacağı ilə bağlı mesajdır.