"CinemaPlus"da "Dəhşətli gecə" baş tutub - VİDEO


Digərləri 16 Apr 2018 16:47:21 145 0

"CinemaPlus"da "Dəhşətli gecə" baş tutub - VİDEO

Tamaşaçılara qəlyanaltılar, alkoqollu içkilər və musiqi səhərə kimi tamamilə pulsuz olub

“CinemaPlus Azerbaijan” premium kinoteatrında aprelin 13-dən 14-nə keçən gecə “Dəhşət filmlər gecəsi” keçirilib.

"Report" xəbər verir ki, saat 22:30-dan səhər saat 07:00-dək qonaqlara “Ruhlar ölkəsi”, “Sakit yer” və “Vinçester. Ruhların tikdiyi ev” filmləri nümayiş etdirilib.

Həmin gecətamaşaçılaraqəlyanaltılar, alkoqollu içkilər və musiqi səhərə kimi tamamilə pulsuz olub.

Seans fasilələrində maraqlı müsabiqələr və hədiyyəli uduşlar keçirilib.

Qeyd edək ki,“Ruhlar ölkəsi” və “Vinçester. Ruhların tikdiyi ev” filmləri “Cinemazadeh” studiyasında peşəkar Azərbaycan dilində dublyaj olunub. Tədbirin təşkilinə "Cinemazadeh" dublyaj studiyası, "Cinema Distribution", "Papa Johns Pizza Azerbaijan”, "Portal Games", "Merit Brand" şərab şirkəti, "Red Bull", "Coca-Cola", "Sheh" su və "Baltika-Baku" pivə zavodudəstək olublar.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.