Macarıstanda Cümhuriyyətin 100 illiyi münasibəti ilə mədəniyyət gecəsi təşkil olunub


Digərləri 16 Apr 2018 14:49:00 203 0

Macarıstanda Cümhuriyyətin 100 illiyi münasibəti ilə mədəniyyət gecəsi təşkil olunub

Macarıstanın Szeget şəhərində fəaliyyət göstərən Szeget universitetində Beynəlxalq Mədəniyyət Gecəsi (İnternational Cultural Evening) keçirilib.

Bakı. Macarıstanın Szeget şəhərində fəaliyyət göstərən Szeget universitetində Beynəlxalq Mədəniyyət Gecəsi (İnternational Cultural Evening) keçirilib. Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, 230 qonağın iştirakı ilə keçirilən tədbirdə xarici tələbələr öz milli musiqi və rəqslərini nümayiş etdirib, habelə kulinariya müsabiqəsində iştirak ediblər. Adıçəkilən universitetdə təhsil alan azərbaycanlı tələbələr də tədbirə qatılaraq milli rəqslərimizi və mətbəximizin nümunələrini təqdim ediblər.