Ekspert: "Azərbaycanda xarici valyuta məzənnəsinin artması üçün heç bir əsas yoxdur"


Digərləri 16 Apr 2018 13:08:00 229 0

Ekspert: "Azərbaycanda xarici valyuta məzənnəsinin artması üçün heç bir əsas yoxdur"

Azərbaycanda manatın ucuzlaşması və xarici valyutaların məzənnəsinin artması üçün heç bir əsas yoxdur.

Son.az bildirir ki, bunu Trend-ə "NIKOİL Bank"ın İdarə heyəti sədrinin müşaviri, maliyyə eksperti Cəlal Nağıyev deyib.

Ekspertin fikrincə, manatın sabitliyini bir sıra amillər təmin edir:

"İlk növbədə, Azərbaycanda daxili istehsalat artır. Sahibkarlar, xüsusən də kiçik və orta biznes nümayəndələri öz istehsalatlarının yaradılması və ya genişləndirilməsi istiqamətində biznes kreditlərin əldə olunması üçün daha tez-tez müraciət etməyə başlayıb".

Ekspert əlavə edib ki, turizm sektorunun inkişafı hesabına ölkəyə daha çox xarici valyuta daxil olur: