Kapital Bank 2018ci ilin I rübünün nəticələrini elan edib


Digərləri 16 Apr 2018 11:32:00 257 0

Kapital Bank 2018ci ilin I rübünün nəticələrini elan edib

Kapital Bank-ın aktivləri 1 aprel 2018-ci il tarixinə 3,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2018-ci il tarixinə 2,4 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 903,4 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 8% çoxdur. 

Bankın 1 aprel 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 225,3 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir