Qazın təzyiqi niyə aşağıdır? "Azəriqaz" açıqladı


Digərləri 16 Apr 2018 11:17:00 234 0

Qazın təzyiqi niyə aşağıdır?  "Azəriqaz" açıqladı

"Azəriqaz" İstehsalat Birliyi Azərbaycanda, o cümlədən Bakının bir neçə rayonunda son günlərdə əhaliyə verilən təbii qazın təzyiqinin aşağı düşməsi məsələsinə aydınlıq gətirib.

Son.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanda havanın temperaturunun kəskin aşağı düşməsi ilə əlaqədar ölkə ərazisində təbii qaz sərfiyyatı artıb, nəticədə "Azəriqaz" İB balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib.

İ.Kərbalayevin sözlərinə görə, fərqli ərazilərdə, bəzi fərdi yaşayış evlərində mavi yanacağın verilməsində çətinlik yarandığından şəbəkəyə verilən qazın həcmi artırılıb. "Azəriqaz" rəsmisi əlavə edib ki, bütövlükdə təbii qazla təchizatda problem yoxdur.