Cüdoçularımız Avropa kuboku yarışına uğurla başladı


Digərləri 16 Apr 2018 10:55:00 232 0

Cüdoçularımız Avropa kuboku yarışına uğurla başladı

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa kuboku yarışının ilk günündə gənc cüdoçularımız 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.

Bakı. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa kuboku yarışının ilk günündə gənc cüdoçularımız 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, 55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək çempion olub. Balabəy Ağayev (55 kq), Ramilə Əliyeva (48 kq), Yaşar Nəcəfov (60 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq) və Gültac Məmmədəliyeva Sankt-Peterburqda bürünc medala layiq görülüb.