Bakı metropolitenində fləşmob keçirilib (VİDEO)


Digərləri 16 Apr 2018 10:33:00 250 0

Bakı metropolitenində fləşmob keçirilib (VİDEO)

Bakı metropolitenində növbəti sosialyönümlü aksiya keçirilib.

Bakı. Samir Əli - Bakı metropolitenində növbəti sosialyönümlü aksiya keçirilib. "Bakı metropoliteni QSC"dən Trend-ə verilən məlumata görə, budəfəki tədbirin mövzusu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi olub. Xalq Cümhuriyyətinin yubileyinə "Bakı Metropoliteni" QSC-də maraqlı və özünəməxsus töhfə hazırlanıb. Qırmızı xətdə hərəkət edən sərnişin qatarında fleşmob keçirilib. Fleşmobda ümummilli lider Heydər Əliyevin dilindən Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinin bir bəndi səsləndirilib. Daha sonra fleşmob iştirakçıları həmin şeirdən bir neçə bənd ifa ediblər.