Ağ Ev: Tramp Suriyaya endirilən zərbələr barədə Konqresə məlumat verib


Digərləri 16 Apr 2018 06:14:00 193 0

Ağ Ev: Tramp Suriyaya endirilən zərbələr barədə Konqresə məlumat verib

ABŞ prezidenti Donald Tramp Suriyaya endirilən zərbələr barədə Konqresə məlumat verib və konstitusiyaya uyğun olaraq və ABŞ-ın maraqları çərçivəsində hərkət etdiyini bildirib

Bakı. ABŞ prezidenti Donald Tramp Suriyaya endirilən zərbələr barədə Konqresə məlumat verib və konstitusiyaya uyğun olaraq və ABŞ-ın maraqları çərçivəsində hərkət etdiyini bildirib. Trend-in məlumatına görə, bu barədə Ağ Evin yaydığı Donald Trampın Konqresin hər iki palatasına göndərdiyi məktubda deyilir. Sənəddə bildirilir: "2018-ci il aprelin 13-ü təxminən saat 09:00-da ABŞ Silahlı Qüvvələri Fransa və Böyük Britaniya Silahlı Qüvvələri ilə birgə Suriyada hərbi kimyəvi silahların hazırlanması üçün istifadə olunan obyektlərə zərbələr endirib. Hərbi əməliyyatın məqsədi gələcəkdə Suriya ordusunun kimyəvi silahdan istifadə edərək hücum etmə qabiliyyətini azaltmaqdan və Suriya hökümətinin gələcəldə kimyəvi silahdan istifadə etməsinin qarşısını almaqdan ibarət olub.