Paltaryuyan maşınınız kirəclənib?


Digərləri 16 Apr 2018 05:30:00 283 0

Paltaryuyan maşınınız kirəclənib?

Əsasən turşu hazırlayarkən çox istifadə etdiyimiz sirkə məişətdə bir çox başqa işlərdə də faydalıdır. Son.az ailem.az-a istinadən sirkədən istifadə edə biləcəyiniz müxtəlif yerlər barədə məlumat verir.

Mətbəx təmizliyində sirkədən faydalanaraq, mikroblardan qurtula bilərsiniz.

Əl-üz yuyanlardakı tıxanıqlığı aradan qaldırmaq üçün də sirkədən istifadə edə bilərsiniz.

Soda, su və sirkəni qarışdıraraq əl-üz yuyana tökün.

Avtomobilinizin şüşələrinin qış fəslində buxarlanmasını istəmirsinizsə, şüşələri alma sirkəsi ilə silin.

Uşaqların paltarını kimyəvi maddələrdən uzaq tutmaq istəyirsinizsə, sirkə ilə yuya bilərsiniz. Bu halda paltarlar həm təmiz, həm də sağlıqlı olacaq.

Evdə olan elektron əşyaların kirəclənməsini sirkə istifadəsi ilə azalda bilərsiniz. Paltaryuyan, qabyuyan maşın, ya da ütünüzdə olan kirəclənmə sirkə sayəsində yox olacaq.