Tül pərdələri ağartmağın


Digərləri 16 Apr 2018 03:30:00 312 0

Tül pərdələri ağartmağın

Qaralmış tül pərdələr bütün qadınların ortaq kabusudur. Fərqli kimyəvi yuyucu məhsullar istifadə etmənizə rəğmən tül pərdələrinizi ağarda bilmirsinizsə, sizə məsləhət görəcəyimiz bu üsullar kabusdan xilasınız olacaq. Tül pərdələriniz əvvəlki bəyazlığına qovuşacaq. Son.az ailem.az-a istinadən tül pərdələri ağartmağın bir neçə asan yolunu təqdim edir.

- Pərdələri yuyacağınız suyun içinə və ya paltaryuyan maşına 2 yemək qaşığı şəkər tozu əlavə edin.

- Ya da ki pərdələri islağa qoyacağınız suya yumurta qabıqları da əlavə edin, bir az gözlədikdən sonra yuyun.