Rusiyalı gimnast: Bakıda Avropa Çempionatında idmançılar üçün bütün şərait yaradılıb


Digərləri 16 Apr 2018 02:29:00 239 0

Rusiyalı gimnast: Bakıda Avropa Çempionatında idmançılar üçün bütün şərait yaradılıb

Bakıda Avropa Çempionatında idmançılar üçün bütün şərait yaradılıb

Bakı. Cani Babayeva - Bakıda Avropa Çempionatında idmançılar üçün bütün şərait yaradılıb. Bu barədə Trend-ə batut gimnastikası üzrə Avropa Çempionatının qalibi Rusiyalı gimnast Yana Pavlova deyib. Y.Pavlova bildirib: "Mən öz qələbmə çox şadam. Etiraf edirəm ki, narahat və həyəcanlı idim, lakin özümü toplaya bildim". Rusiyalı gimnast qeyd edib ki, Çempionar yüksək səviyyədə təşkil edilib: "Qarışıqlıq yoxdur, hər şəy sakit keçir. İdmançılar üçün bütün şərait yaradılıb, gözəl zaldır. Bizə azarkeşlik edən izləyicilər köklənməyə və yaxşı çıxış etməyə çox kömək edirlər. Çempionatın əyləncə proqramıda əhval-ruhiyyəni qaldırır".