Ərəb Ölkələri Liqası Suriyada kimyəvi silahdan istifadə edilməsini qınayıb


Digərləri 16 Apr 2018 02:15:42 231 0

Ərəb Ölkələri Liqası Suriyada kimyəvi silahdan istifadə edilməsini qınayıb

Ərəb ölkələrinin liderləri Suriya hökümətinin ölkədə kimyəvi silahdan istifadə etməsini qınayıb və beynəlxalq araşdırma tələb ediblər

Bakı. Ərəb ölkələrinin liderləri Suriya hökümətinin ölkədə kimyəvi silahdan istifadə etməsini qınayıb və beynəlxalq araşdırma tələb ediblər. Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanın xarici işlər naziri Adel əl-Cübeyr bildirib. Nazir deyib: "Ərəb Ölkələri Liqası Sammiti Suriya rejiminin öz xalqına qarşı kimyəvi silahdan istifadə etməsini ciddi şəkildə qınayır".