Ahıllara kömək edən robot


Digərləri 15 Apr 2018 23:15:00 318 0

Ahıllara kömək edən robot

CT Robotics şirkəti tərəfindən yaşlı insanlarla söhbət etmək və onlara gündəlik həyatda köməkçi olmaq üçün yaradılan Dinsow adlı robotun kütləvi istehsalına başlandı. Robotun qiyməti isə 2500$-dır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, Yaponiyada olduğu kimi, əhalinin sürətlə yaşlanması təhlükəsilə qarşı-qarşıya qalan Taylandda 2030-cu ilə əhalinin 19%-nin 65 yaşdan yuxarı olacağı ehtimal edilir. Yaşlı əhalinin gündəlik həyatda yaşayacağı problemləri həll etmək üçün isə, ölkədə robot istifadəsi sürətlə artır. Taylandın aparıcı təhsil təşkilatlarından Çulalonqkorn Universitetinin məzunları tərəfindən qurulan və bölgədəki bir çox robot yarışmasında müsbət nəticələr əldə edən Dinsow adlı robotla yaşlı əhaliyə kömək etmək planlaşdırılır.