“Huawei” bu il 200 milyon smartfon satmaq istəyir


Digərləri 15 Apr 2018 21:25:00 250 0

“Huawei” bu il 200 milyon smartfon satmaq istəyir

Çinin iri smartfon istehsalçıları xarici bazarlarda mövcudluğunu artırır.

Son.az lent.az-a istinadən xəbər verir ki, hər bir şirkətin məqsədi smartfon satışları həcmlərini artırmaqdır.

"Xiaomi" cari ilin nəticələrinə əsasən 120-150 milyon ədəd cihaz satmağı qarşısına hədəf götürüb. Ötən il isə şirkət 93 milyon ədəd cihaz satışını həyata keçirib.

"Huawei" şirkəti 200 milyon ədəd smartfon satmağı qarşısına hədəf qoyub. Şirkət 2017-ci ildə 153 milyon ədəd smartfon sata bilib.